Livan parlamenti yenidən prezidenti seçə bilməyib

Livan parlamenti yenidən prezidenti seçə bilməyib

Livan parlamentinin yeni prezidenti seçmək üçün keçirilən 9-cu iclasında heç bir namizəd kifayət qədər səs toplaya bilməyib.

Az.rasthaber.com xəbər verir ki, oktyabrın 31-də səlahiyyət müddəti başa çatan prezident Mişel Aunun yerinə gələcək şəxsin seçilməsi üçün parlamentdə keçirilən iclasda 128 deputatdan 105-i iştirak edib.

Namizədlər arasında Mişel Müəvvəd 39 səs toplayıb, 39 səs etibarsız sayılıb, qalan 27 səs isə digər namizədlərə verilib. 

Buunla da, heç bir namizəd prezident seçilmək üçün tələb olunan 2/3 səs çoxluğunu əldə edə bilməyib.

Parlamentin sədri Nebih Berri yeni prezidentin seçilməsi üçün növbəti iclasın dekabrın 15-də keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, Livan parlamenti sentyabrın 29-da yeni prezidenti seçmək üçün ilk iclasını keçirmişdi.

Xəbəri paylaş

VİDEOLAR