Livan Parlamenti ölkənin yeni prezidentinin müəyyənləşməsi üçün keçirdiyi səkkizinci səsvermədə də müvəffəq olmayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün Livan Parlamentində keçirilən səsvermə öncəkilər kimi nəticəsiz qalıb.
Səsvermənin nəticələrinə görə, 37 deputat siyasətçi Mişel Müəvvada səs verdiyi halda, 57 deputat bülleteni boş buraxıb.
Siyasətçi İsam Xəlifəyə 4 nəfər səs verdiyi halda, “Yeni Livan”a 9, digərlərinə 5 səs verilib və ümumilikdə dörd bülletenin səsi ləğv edilib.
Livan Parlamentinin sədri Nəbih Birri gələn səsvermənin dekabr ayının səkkizində olacağını bildirib.