Livan Parlamenti ölkə prezidentini seçmək üçün doqquzuncu dəfə səsvermə keçirib

Livan Parlamenti ölkə prezidentini seçmək üçün doqquzuncu dəfə səsvermə keçirib

Livan Parlamenti prezidentin müəyyənləşdirilməsi üçün keçirdiyi doquzuncu toplantısında da müvəffəq olmayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu gün, cümə axşamı, Livan parlamenti səsvermənin növbəti turunda sessiyanın kvorumu itirməsindən sonra doqquzuncu dəfə ölkənin yeni prezidentini seçə bilməyib.

İlk turda 105 deputat səs verib və sorğunun nəticəsinə əsasən namizəd Mişel Moavvad 39 səs toplayıb.

39 deputat bülleteni boş buraxıb, 9-u “Yeni Livan”a, 5-i İssam Xəlifəyə, 9-u müxtəlif adlara səs verib, 4 səsin olduğu büllütünlər isə ləğv edilib.

Livan Parlamentinin sədri Nəbih Birri yeni il tətili və bayramlarından əvvəl, yəni gələn cümə axşamı, dekabrın 15-də yekun iclas keçirməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR