Livan parlamenti beşinci dəfədir ölkə prezidentini seçə bilmir

Livan parlamenti beşinci dəfədir ölkə prezidentini seçə bilmir

Livan parlamenti beşinci dəfədir ki, prezident Mişel Aunun yerinə ölkənin yeni prezidentini seçə bilmir. Livan Parlamentinin sədri ölkə prezidentinin seçilməsi üçün yeni sessiyanın tarixini gələn cümə axşamına təyin edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, səslər hesablandıqdan sonra Mişel Moavvad 44 səsi əldə edib, doqquz səs digər siysətçilərə verilib, 47 deputat isə səs bülletenlərini boş qoyublar.

Məlumata görə, Livan parlamentinin sədri Nəbih Birri ikinci turda yetərli say olmadığı üçün prezident seçkiləri sessiyasını gələn cümə axşamına təxirə salıb.

Livan parlamentinin sədri Nəbih Birri respublika prezidentinin seçilməsi üçün qarşıdakı dövrdə tərəfləri ciddi dialoqa çağırıb.

Qeyd edək ki, son iki ayda Livan Parlamenti beşinci dəfədir ki, prezidenti seçə bilmir. Ölkədə siyasi boşluq mövcud acınacaqlı iqtisadi durumu daha da pisləşdirib.

Xəbəri paylaş

VİDEOLAR