Livan ordusu “Əl-Qaidə” liderini həbs edib

Livan ordusu “Əl-Qaidə” liderini həbs edib

Livan ordusu paytaxt Tripolinin şimal-şərqində yerləşən Deir Ammar şəhərində “Əl-Qaidə” terror təşkilatının liderini həbs edib.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Livan ordusu “Əl-Qaidə”nin ən görkəmli liderlərindən biri və onun Livandakı hücrələrinin qurucusu olan “TM” adı ilə tanınan terrorçunu ələ keçirib.

“TM” Livanda fəaliyyət göstərən “Fəth əl-İslam” terror təşkilatının yaradılmasında əsas rol oynayıb.

Xəbəri paylaş

VİDEOLAR