Livan ordusu sionist İsrailin dünəndən etibarən bu ölkəyə qarşı hücumlarının dozasını artırdığını və böyük dağıntılara səbəb olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Livan ordusunun X hesabından verilən yazılı açıqlamaya görə, sionist İsrail müxtəlif iddialarla dünəndən etibarən ölkəyə qarşı hücumların dozasını artırıb.
Ölkənin cənubundakı Litani çayının həm cənubunu, həm də şimalını hədəf alan hücumların Bekaa bölgəsinə qədər uzandığı, can itkisi ilə yanaşı, vurulan bölgələrdə də böyük dağıntıların yaşandığı bildirilib.
Qatil İsrail ordusunun bu gün sərhədi keçərək hava hücumlarından sonra tikinti texnikası ilə Rumeyş qəsəbəsinə daxil olduğu, Livan ərazisinə daxil olan piyada qüvvələrinin bir müddət sonra geri çəkildiyi paylaşılıb.
Sionist İsrailin hücumları ilə atəşkəs razılaşmasını və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozduğu vurğulanıb.
Bəyanatda, həmçinin Livan ordusunun müvafiq orqanlarla birlikdə hadisələrin gedişatını izlədiyi bildirilib.