İran Nigerdə namaz qılanlara qarşı törədilən terror aktını pisləyib

İran Nigerdə namaz qılanlara qarşı törədilən terror aktını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nigerin cənub-qərbində Kokoro bölgəsində məsciddə onlarla oruc namaz qılanın ölümü və yaralanması ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi cümə namazı zamanı müqəddəs məkanda törədilən bu terror aktını İslam qanunlarına, bütün beynəlxalq hüquq normalarına və insan haqlarına zidd olaraq qiymətləndirərək, həlak olanların ailələrinə, Niger xalqına və hökumətinə başsağlığı verərək, Allahdan ölənlərə rəhmət, yaralılara can sağlığı və şəfa diləyib.

Bəqayi terrorizmin və zorakı ekstremizmin bütün forma və təzahürlərini pisləməkdə İran İslam Respublikasının prinsipial mövqeyini xatırladaraq, terrorun qarşısının alınması və onunla mübarizə üçün müxtəlif regional və beynəlxalq səviyyələrdə əməkdaşlıq və koordinasiyanın daha da gücləndirilməsi, terror aktlarının səbəbkarları və qurucularının təqib və cəzalandırılmasının vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR