Livan Hizbullahı ilk dəfə yeraltı raket şəhərciyinin videosunu yayımlayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahı ilk dəfə yeraltı raket şəhərciyinin videosunu yayımlayıb.
Əl-Məyadin kanalı həmçinin, bu obyektin nəinki gizli və kamuflyajla yaradıldığını, həm də düşmən hücumlarına qarşı kifayət qədər gücə malik olduğunu açıqlayıb.
Videonun bir hissəsində Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın gələcək istənilən müharibədə bütün işğal olunmuş Fələstin ərazilərini hədəfə almaq imkanları ilə bağlı ərəb, ivrit və ingilis dillərində təhdidləri səsləndirilib.
Bu videoda dağın altında iri raket atma platformalarının yerləşdiyi “İmad 4” adlı nəhəng hərbi obyektdən kadrlar göstərilir.