Livan İsraillə birgə qaz yataqlarını işlətməyəcəyini bildirib

Livan İsraillə birgə qaz yataqlarını işlətməyəcəyini bildirib

Livan prezidenti Mişel Oun Kariş qaz yatağında İsraillə birgə əməliyyatların həyata keçirilməsini istisna edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Livan prezidenti münaqişəli qaz yatağı ilə bağlı müzakirələrin nəticəsi haqda vasitəçi olan ABŞ tərəfindən yeni təklifin gəldiyini və onun araşdırıldığını bildirib.

O, eyni zamanda bildirib ki, Kariş qaz yatağında İsraillə birgə heç bir əməliyyat olmayacaq.

Bundan öncə İsrailin müdafiə naziri Beni Qants Kariş qaz yatağı ilə bağlı ümidvar olduğunu və bunun Livana və bölgənin sabitliyinə xidmət edəcəyini yazıb.

Qeyd edək ki, İsrail bir neçə ay öncə birtərəfli şəkildə adıçəkilən qaz yatağında kəşfiyyat qazıntı işlərinə başlayıb. Hizbullah ərazi üzərində bir neçə PUA uçurandan sonra İsrail qaz yatağının işlənilməsi ilə bağlı Livanla danışıqlara başlayıb.

Xəbəri paylaş

VİDEOLAR