Livan: İsrail işğal etdiyi ərazilərdən çıxmalıdır!

Livan: İsrail işğal etdiyi ərazilərdən çıxmalıdır!

Livan prezidenti Cozef Aun bəyan edib ki, İsrail-Livan sərhədində sabitliyi təmin etmək üçün İsrail işğal etdiyi ərazilərdən tamamilə geri çəkilməli və saxlanılan livanlılar azad edilməlidir.

Az.rasthaber.com xəbər verir ki, Livan Rəyasət Heyətindən verilən açıqlamaya görə, prezident Aun paytaxt Beyrutdakı Baabda sarayında ABŞ senatoru Ronni Cekson və ABŞ-ın Beyrutdakı səfiri Liza Consonu qəbul edib.

Aun görüşdə Livan-İsrail sərhədində sabitliyin təmin edilməsi üçün “İsrailin yerləşdiyi beş təpədən geri çəkilməli və son müharibədə saxlanılan livanlılar geri qayıtmalıdır” deyib.

Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Atəşkəs rejiminə əsasən, İsrail ordusu 60 gün ərzində Livanın cənubunda tutduğu məntəqələrdən geri çəkilməli idi. Lakin İsrail Livan ordusunun ölkənin cənubuna tam nəzarəti ələ keçirmədiyini iddia edərək işğal müddətini fevralın 18-dək uzadıb.

Fevralın 19-da sionist İsrail ordusunun geri çəkildiyi 11 bölgəyə Livan əsgərləri yerləşdirilərkən, İsrail sərhədin 5 nöqtəsində işğalın davam edəcəyi ilə bağlı bəyanat verib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) isə İsrailin Livandan çəkilməsini gecikdirdiyini açıqlayıb və İsrailin atəşkəs razılaşması və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq ölkənin cənubundan tamamilə geri çəkilməli olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR