Livan hökümətinin istefasını prezident qəbul etdi

Livan hökümətinin istefasını prezident qəbul etdi

Aun və Diab söhbət zamanı ölkədəki mövcud vəziyyəti müzakirə ediblər.

Rasthaber Livan mediasına istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun hökumətin tam tərkibdə istefasını qəbul edib, lakin yeni nazirlər kabineti formalaşanadək nazirlərə öz vəzifələrini yerinə yetirmək tapşırığı verib.

“Respublika prezidenti general Mişel Aun bu gün (10 avqust – red.) Baabdakı prezident sarayında Baş nazir Həsən Diabdan yazılı istefa ərizəsi alıb”, – deyə qeyd edilib.

Aun və Diab söhbət zamanı ölkədəki mövcud vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, daha öncə Diab özünün Livan xalqına müraciətində hökumətin tam tərkibdə istefaya getdiyini təsdiq edib.

Xatırladaq ki, artıq bir neçə gündür Livanın paytaxtı Beyrutda etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları məmurları rüşvətdə ittiham edərək nazirlər kabinetinin istefasını tələb ediblər. Onların fikrincə, 4 avqust limanda baş vermiş partlayışa rüşvət amili səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR