Livan Hizbullahının dronu yenə sionist rejimin strateji obyektlərini çəkdi - VİDEO

Livan Hizbullahının dronu yenə sionist rejimin strateji obyektlərini çəkdi - VİDEO

Daha əvvəl bir neçə uğurlu əməliyyatla sionist rejimin müdafiə sistemlərinə meydan oxuyan Hizbullahın "Hüdhüd" pilotsuz təyyarəsi növbəti dəfə işğal olunmuş ərazilərdən yeni informasiya görüntüləri toplayıb.

Rasthaber Azərbaycan İRNA-ya istinadən xəbər verir ki, Ramat David bazası üzərində Hüdhüd PUA-nın kəşfiyyat əməliyyatına aid yayılan videoda sionist rejim ordusunun bu bazasına aid həssas məlumatlar var, o cümlədən pilotsuz təyyarə və qırıcı anqarlarının yeri, komanda qərargahı, “Dəmir günbəz” sistemlərinin və qırıcıların yanacaq doldurma yeri dəqiq qeyd olunub.


Livan Hizbullahındakı mənbə Əl-Cəzirə telekanalına bildirib ki, Hüdhüd tərəfindən çəkilən görüntülər çərşənbə axşamına aiddir və bu videonun yayımlanma vaxtının sionist rejimin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ilə əlaqəsiz deyil.

Hizbullaha aid media Telegram kanalında yazıb: “Müqavimət, təsvir etdiyi hər şeyi hədəfə almağa qadirdir və Hüdhüdün yeni videosunun mesajı budur ki, müqavimətin düşməndən heç bir qorxusu yoxdur.”

“Hüdhüd işğal altındakı Fələstinin səmalarına sağ-salamat getməyi bacarıb və uğurla geri qayıdıb. Bu məsələ sionist rejimin hərbi sistemində müzakirə mövzusu olacaq”, media bildirib.

Bundan əvvəl Hizbullah Hərəkatı işğal olunmuş Fələstinin şimal səmasında Hüdhüd pilotsuz təyyarəsinin uğurlu kəşfiyyat əməliyyatlarının iki videosunu yayımlamışdı.

Xəbəri paylaş

VİDEOLAR