Sionist rejimin Livanın cənubuna hücumuna cavab olaraq Hizbullah işğal altındakı Fələstinin şimalında sionistlərin Kiryat Şmuna qəsəbəsinə raket zərbəsi endirib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah bəyanat yayaraq bildirdi: Müqavimət döyüşçüləri Qəzzə zolağında döyüşən Fələstin xalqına və onların müqavimətinə dəstək və sionist rejimin Livanın cənubundakı kəndlərə, xüsusilə də Əl-Abassiyyə kəndinə təcavüzü və mülki əhalinin hədəf alınmasına avab tədbirləri ilə sionistlərin Kiryat Şmoune qəsəbəsini katyuşa raketləri ilə hədəfə alıblar.
Əl-Məyadin kanalı həmçinin sionist rejimin qırıcılarının Livanın cənubundakı Bəlida və Həvla kəndlərini bombaladığı barədə məlumat yayıb.