Bəzi media mənbələri Livanın baş naziri Nəcib Mikatinin İraqa gözlənilən səfərindən xəbər verib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Livanın baş naziri Nəcib Mikati İraqa səfər etməyi planlaşdırır. Livanın baş nazirinin İraq rəsmiləri ilə görüşmək üçün yaxın saatlarda Bağdada gələcəyi ehtimal edilir.
Bu xəbər Livanın baş nazirinin bu yaxınlarda iraqlı həmkarı Mustafa Kazimi ilə telefon danışığı zamanı bölgədəki son hadisələr və ikitərəfli münasibətlərlə bağlı danışdığı vaxta təsadüf edib.
Təxminən iki həftə əvvəl Livanın baş naziri İraqın Beyrutdakı səfiri Heydər Şia Barak ilə də görüşüb, ortaq maraq doğuran məsələləri, xüsusilə İraqın Livana neft yardımı məsələsini və iki ölkənin müxtəlif sahələrdə mükəmməl koordinasiyasını müzakirə edilib.