Liberman İsrail-İran müharibəsini qaçılmaz adlandırdı

Liberman İsrail-İran müharibəsini qaçılmaz adlandırdı

İsrail rejiminin maliyyə naziri Aviqdor Liberman bəyan edib ki, İsrail və İran arasında birbaşa toqquşma məsələsi qeyri-real deyil və bu, yalnız zaman məsələsidir.

Az.rasthaber.com xəbər verir ki, o, “Walla News”-ə verdiyi müsahibədə bildirib ki, İranla birbaşa toqquşmanın yaxın gələcəkdə baş verəcəyi ilə bağlı heç bir şübhə yoxdur.

Heç bir diplomatik və ya razılaşdırılmış addımlar İranın nüvə proqramını dayandırmayacaq və Şimali Koreya misalı buna dəlalət edir. Ş.Koreya diplomatik tədbirlərə baxmayaraq, (öz nüvə proqramı ilə bağlı) misilsiz sürətlənmə dövrünü yaşayır”, - deyə Liberman bildirib.

O əlavə edib ki, İsrail İran əleyhinə öz hərbi potensialını gücləndirmək üçün 1,5 milyard dollarlıq büdcə layihəsini təsdiqləyib və qeyd edib ki, həmin pullar ən son hərbi sistemlərin gücləndirilməsi və alışına sərf ediləcək.

Xəbəri paylaş

VİDEOLAR