Liberman HƏMAS liderlərinə qarşı sui-qəsd çağırışı edib

Liberman HƏMAS liderlərinə qarşı sui-qəsd çağırışı edib

Sionist rejimin keçmiş müharibə naziri Fələstinin İslami müqavimət hərəkatı “Həmas” liderlərinə qarşı sui-qəsdlərin bərpasını tələb edib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Aviqdor Liberman Sionist rejimin keçmiş müharibə naziri Fələstinlilərin İordan çayının qərb sahilində müqavimət əməliyyatlarının genişlənməsinə cavab olaraq, Qətərin Qəzza zolağına maliyyə yardımının dayandırılmasını və Qəzzada HƏMAS hərəkatının liderlərinə qarşı sui-qəsd siyasətinin bərpasını tələb edib.

Keçmiş sionist rəsmisi bildirib ki, israillilər işğal olunmuş ərazilərin hər bir yerində təhlükəsizliyə malik olmalıdırlar və heç bir halda fələstinlilərə təslim olmamalıdırlar.

Liberman partiyasından Knessetin üzvü Udid Furir də vurğulayıb ki, daha bir qış Netanyahunun kabineti hakimiyyətə gəldi və bir daha Qəzza tərəfdən raket hücumlarının bərpasının şahidi oluruq.

O bir il yarım aradan sonra, hazırkı kabinetin Qəzzaya qarşı zorakılığın davam etdirməsini uzaqgörənlik siyasətini adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR