Əli Şəmxani Pompeonun İranı koronavirusla bağlı ittiham etməsinə cavab verdi

Əli Şəmxani Pompeonun İranı koronavirusla bağlı ittiham etməsinə cavab verdi

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ABŞ-ın dövlət katibinin açıqlamasına cavab verib

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani özünün tvitter hesabında ABŞ-ın dövlət katibi Mayk Pompeonun İranın daxili işlərinə qarışmasına reaksiya bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, o paylaşımında bunları qeyd edib:

"Pompeonun İranın koronavirus barədə məlumatları gizlətmə iddiası və guya məsələdən nigarançılıq etməsi elə bir halda baş verir ki,  hələ Ağ Ev tərəfindən Amerikada bu ilki qripdə ölənlər, Əfqanıstanda casusluq təyyarəsi, Ayn al Asad bazasının həqiqəti və sair barədə heç bir dəqiq bir xəbər yayılmayıb".

ABŞ-ın dövlət katibi iddia etmişdi ki, Amerika İranın bəlkə koronavirusun yayılması haqda detalları gizlətməsindən son dərəcə nigarandır.

Xəbəri paylaş

VİDEOLAR