Əli Əkbər Vilayətidən Haniyəyə: Siz İslam dünyası üçün qürur mənbəyisiniz

Əli Əkbər Vilayətidən Haniyəyə: Siz İslam dünyası üçün qürur mənbəyisiniz

İslam İnqilabı Rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.

Az.rasthaber.com xəbər verir ki, İmam Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri ilə telefon danışığında, onların etdiklərinin müqavimət üçün qürur mənbəyi olduğunu bildirib.
Əli Ekber Velayeti, Haniyə etdiyi telefon görüşməsində; "Biz sizin böyük qələbələrinizi və nailiyyətlərinizi izləyirik və gördüyünüz işlər müqavimətin qürurudur və siz İslam dünyası üçün bir qürur mənbəyisiniz", - deyə bildirib.
İsmail Haniyə bildirib:
"İran Fələstin xalqı və müqavimətinin strateji dəstəkçisidir və xalqımız və müqavimətimiz yaxşı vəziyyətdədir. Biz həmişə Məscidül-Əqsanı müdafiə edəcəyik".

Xəbəri paylaş

VİDEOLAR