Əli Baqiri Seyid Həsən Nəsrullahla görüşüb

Əli Baqiri Seyid Həsən Nəsrullahla görüşüb

Beyrutda təmaslarını davam etdirən İran xarici işlər nazirinin müavini Əli Baqiri Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, ikitərəfli və regional məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün Beyruta səfər edən İran xarici işlər nazirinin müavini Əli Baqiri Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Baqiri dünən Livanda ölkənin baş naziri Necip Mikati, xarici işlər naziri Abdullah Buhabib və parlamentin sədri Nebiye Beri ilə görüşüb.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri dünən Beyruta gedib Livan rəsmiləri ilə ikitərəfli əlaqələr, eləcə də regional və beynəlxalq məsələlər, xüsusilə Fələstindəki son hadisələrlə bağlı məsləhətləşmələr aparıb.

Xəbəri paylaş

VİDEOLAR