Əlcəzairin baş naziri istefa verib

Əlcəzairin baş naziri istefa verib

Əlcəzairin baş naziri Noureddine Bedoui istefa ərizəsini Prezident Abdulmecid Tebbuna təqdim edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir.

Xəbərə görə, Əlcəzair Dövlət telekanalı bu haqda məlumat yayıb.

Məlumata görə, hökumət əleyhinə nümayişlər zamanı istefası tələb edilən baş nazirin qərarından sonra prezident Tebbuna Xarici işlər naziri Səbri Bukadumu yeni hökümət formalaşana qədər kabinetə başçılıq etməkdə vəzifələndirib.

Qeyd edək ki, keçmiş prezident Abdulaziz Buteflika vəzifədən getməzdən əvvəl baş nazir təyin etdiyi Nurəddin Bədəvinin istefası aksiyaçıların tələbləri arasında idi.

Xəbəri paylaş

VİDEOLAR