Əlcəzair: Suriyanın ƏDL-ə geri dönməsinin zamanıdır

Əlcəzair: Suriyanın ƏDL-ə geri dönməsinin zamanıdır

Əlcəzairin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ramazan Ləmamra Suriyanın daxili işlərinə qarışılmaması ilə bağlı çağırış edib.

Az.rasthaber.com bu barədə “An-Nahar” qəzetinə istinadən xəbər verir.

Əlcəzair təsdiq edib ki, Suriyanın daxili işlərinə müdaxilə edilmədən onun Ərəb Dövlətləri Liqasına (ƏDL) geri dönməsinin zamanıdır”, - deyə o bildirib.

Biz yenidən birləşməyə can atırıq”, - deyə nazir əlavə edib.

Bundan başqa, Ləmamra BƏƏ-nin XİN başçısının Dəməşqə səfərini də müsbət qiymətləndirərək deyib ki, bu səfərin “buzları əridəcəyinə” ümid edir.

Xəbəri paylaş

VİDEOLAR