Əlcəzair Ali Təhlükəsizlik Şurası Mərakeş tərəfindən mümkün təxribatların qarşısını almaq üşün bu ölkəyə hava məkanını bağlı elan edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Əlcəzair Ali Təhlükəsizlik Şurası Mərakeş tərəfindən mümkün təxribatların qarşısını almaq üşün bu ölkəyə hava məkanını bağlı elan edib.
Bununla bağlı Əlcəzair Prezidenti Əbdülməcid Tebbun başçılığında yığıncaq keçirən Ali Təhlükəsizlik Şurasından sonra Prezident Administrasiyası tərəfindən yazılı açıqlama yayılıb.
Məlumata görə, sentyabrın 22-dən Mərakeş mülki və hərbi aviasiyasına Əlcəzairin hava məkanı üzərindən uçmaq qadağan edilir.
Mərakeş tərəfindən mövzuya dair açıqlama yayılmayıb.
Qeyd edək ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də Mərakeşlə diplomatik əlaqələrin kəsildiyini elan edib.
Əlcəzair və Mərakeş arasında bir neçə ildir ki, əsas maneə iki qonşu ölkənin əks mövqe tutduğu Qərbi Saxara problemi hesab edilir. Rabat keçmiş ispan mülklərini ərazisinin bir hissəsi hesab edir, Əlcəzair isə Qərbi Saxaranın müstəqilliyini dəstəkləyir.