Afrika İttifaqında İsrail rejiminə müşahidəçi statusunun təqdim edilməsinə dair qərar kobud səhvdir.
Az.rasthaber.com xaricimediaya istinadən xəbər verir ki, bu barədə Əlcəzairinin XİN başçısı Rəmtan Ləmamra bəyan edib.
O, Afrika İttifaqının 35-ci sammitinin mövzusunu şərh edib. Sözügedən toplantıda Afrikanın gündəliyinin aktual məsələləri müzakirə ediləcək.
Ləmamra qeyd edib ki, Əlcəzair İttifaqda sionist rejimə müşahidəçi statusunun verilməsi ilə bağlı təşəbbüskar tərəf olmayıb.
"Bu məsələdə 2 səhvə yol verilib. Birinci xəta oldur ki, bu qərar Afrika İttifaqına üzv ölkələrlə, o cümlədən də Əlcəzairlə məsləhətləşmə aparılmadan qəbul edilib. Qərar pis qərardır, onu qəbul etməmək lazım idi. Əgər bununla bağlı məsləhətləşmələr aparılsa idi, o zaman bu addım, şübhəsiz, atılmazdı. İkinci səhv isə bundan ibarətdir ki, üzv-dövlətlər arasında bu məsələ ilə bağlı fikir ayrılığı var. Mövcud vəziyyət Afrika ittifaqının mövqeyi üçün mənfidir", - deyə o bildirib.