Lavrov və Abdullahiyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Lavrov və Abdullahiyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında görüş keçirilib.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər də daxil olmaqla regional məsələlər müzakirə olunub.

Həmçinin, nazirlər dünya siyasətinin müəyyən məsələlərinə, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Xəbəri paylaş

VİDEOLAR