1.12.2021 12:57:58
Rusiya tərəfi NATO-nun istənilən bədxah addımlarına sərt cavab verməyə davam edəcək.
Az.rasthaber.com "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
"İstənilən düşməncəsinə addımlara sərt reaksiya verməyə davam edəcəyik, milli maraqlarımız üçün heç bir zərərə yol verməyəcəyik", - deyə o qeyd edib.