Lavrov Qərbin sanksiyalarının məqsədini açıqladı

Lavrov Qərbin sanksiyalarının məqsədini açıqladı

Başqa dövlətlərin Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edən Qərb ölkələrinin mövqeyi həyasızlıq və tərbiyəsizlikdir.

Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"Sanksiyalar əlaqələri pozmaq rolunu oynamaq üçün nəzərdə tutulub və Qərb bunu gizlətmir. Amerikalılar Mərkəzi Asiya ölkələrini müxtəlif səviyyələrdə toplayanda birbaşa deyirlər ki, siz Rusiya ilə əməkdaşlığı davam etdirməyə cəsarət etməməlisiniz. Rusiya onsuz da dağıdılmış ölkədir, ona görə bizə inanın. Çin haqqında da eyni şeyi deyirlər. Çünki Çinin Qərb sanksiyalarını pozmağa cəsarət etməyəcəyini iddia edirlər. Bu, hədsiz özünəəminlik, həyasız və tərbiyəsiz mövqedir. Mən qərbli həmkarlarımızın hərəkətlərini belə adlandıracağam", - deyə o, MDB Nazirlər Şurasının iclasının yekununda bildirib.
Rusiya XİN rəhbəri deyib ki, Qərb ölkələri MDB, KTMT, ŞƏT daxilində müttəfiqlik münasibətlərinə xələl gətirməyə çalışırlar: "Biz qərbli həmkarlarımızın - ABŞ, Aİ, NATO üzvlərinin Mərkəzi Asiya regionu ilə bağlı cəhdlərini nəzərə alaraq vəziyyəti müzakirə etdik.
Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir. İclasda regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılacaq.
Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.

Xəbəri paylaş

VİDEOLAR