Rusiyanın xarici işlər naziri vurğulayıb ki, ölkəsi Ukraynadakı müharibəni həll etmək istəyir, lakin Qərb bu prosesin həyata keçirilməsinə mane olur.
La Prensa Latina-nın məlumatına görə, bu səfər zamanı Sergey Lavrov braziliyalı həmkarı Mauro Vieira ilə görüşüb.
Lavrov 2014-cü ildə Ukraynanın şərqindəki Donbass bölgəsinin separatçıları ilə Ukrayna silahlı qüvvələri arasında müharibə zamanı bağlanmış Minsk sülh sazişlərinə toxunaraq vurğulayıb: “Biz bu müharibəni qısa müddətdə deyil, davamlı şəkildə həll etməliyik. Amma NATO-ya üzv ölkələr və Qərb qəbul etdikləri öhdəlikləri yerinə yetirməyib."
Rusiya xarici işlər naziri Ukraynada Rusiya ordusunun xüsusi əməliyyatlarına başlamaq bəhanəsi ilə bir neçə ölkənin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxdığına görə Mauro Vieiraya təşəkkür edib.