Lavrov: Qərb sülh deyil, "Rusofobiya" ilə məşğuldur

Lavrov: Qərb sülh deyil,

Rusiya XİN rəhbəri “Kiyevin danışıqlara hazır olmamasına” toxunaraq bildirib ki, Moskva Ukrayna prezidentinin təklif etdiyi “sülh proqramı” əsasında heç bir tərəflə danışıqlar aparmayacaq.

Az.rasthaber.com xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Sputnik xəbər agentliyinə müsahibəsində deyib ki, Kiyevin danışıqlara hazır olmadığı aydındır.
Ukrayna prezidenti Vladimir Zelenskinin bütün ideyalarını və “sülh proqramı”nı bir araya gətirməklə biz anlayırıq ki, Zelenski Qərbin köməyi ilə Ukraynanın qələbəsina nail olmaq üçün rus qoşunlarının Rusiya torpaqlarından çıxarılması, Donbass, Krım, Zaporoje və Xerson kimi şəhərlərə Moskvanın təzminat ödəməsi, Rusiyanı Beynəlxalq məhkəmələrdə günahkar olması deməkdir. Amma biz qətiyyən bunlara əsaslanaraq heç bir tərəflə danışıqlar aparmayacağıq.

O sözlərinə əlavə edərək deyib ki, Hazırkı Ukrayna siyasətçilərinin danışıqlar apara bilməməsi açık şəkildə ortadadır. Hər kəsə aydındır ki, onlar əslində sadə “rusofobiya” ilə məşğuldur.

Xəbəri paylaş

VİDEOLAR