Lavrov Qarabağdakı vəziyyətdən danışdı

Lavrov Qarabağdakı vəziyyətdən danışdı

Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov danışıb.

Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir, Qarabağ zonasındakı vəziyyət normallaşma tendensiyasına sahibdir.

Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov danışıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət normallaşma tendensiyasına sahibdir. Məmnuniyyətlə Bakı və Yerevanın öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirdiklərini, işi vəziyyətin ümumi stabilləşməsinə apardıqlarını qeyd edirik”, – deyə o bildirib.

Lavrov tərəflərin “yerdə” əmələ gələn məsələlərin həlli üçün göstərdikləri səyləri də vurğulayıb.

O əlavə edib ki, Rusiya da öz üzərinə götürdüyü atəşkəs sazişinin zamini funksiyasını yerinə yetirməyə davam edir.

Rusiyalı nazir atəşkəs rejiminin istənilən pozuntusuna yol verilməməsi, həmçinin ərazinin partlayış təhlükəli əşyalardan təmizlənməsi, hərbi əsir və ölənlərin meyitlərinin dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin geri qayıtma təhlükəsizliyinin təmin edilməsi, kəskin humanitar məsələlərin həll edilməsi, tarixi abidələrin qorunub saxlanılması, həmçinin nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələlərinin gündəlikdə olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR