Əlavi hökümət qurmaqdan vaz keçdi: Mənə təzyiqi qəbul edə bilmərəm

Əlavi hökümət qurmaqdan vaz keçdi: Mənə təzyiqi qəbul edə bilmərəm

İraqın yeni baş naziri Muhəmməd Tofiq Əlavi dünən gecə bir videomüraciətdə bildirib ki, nazirlər kabinetinin təşkilindən vaz keçib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraqın yeni baş naziri Muhəmməd Tofiq Əlavi bu videomüraciətdə nazirlər kabinetinin təşkilindən vaz keçməsinin dəlilini bəzi qrupların siyasi təzyiqləri adlandırıb.

Bəzi qrupların nazirlik vəzifəsi almaq istədiklərini qeyd edən Muhəmməd Tofiq Əlavi iraqlı aksiyaçılardan istəyib ki, bu qruplara təzyiq göstərməklə öz milli tələblərini irəli sürsünlər.

Əlavi həmçinin İraqın prezidenti Bərham Salihə ünvanladığı rəsmi məktubda nazirlər kabinetini təşkil edə bilməməsinə görə, üzr istəyib.

Bərhəm Salih də Əlavinin ərizəsini qəbul edib. Bildirib ki, qarşıdakı 15 gün ərzində müxtəlif qruplarla məşvərətdən sonra baş nazirliyə yeni seçim təqdim edəcək.

Bazar günü İraq parlamentinin Muhəmməd Tofiq Əlavinin nazirlər kabinetinə etimad səsinin verilməsi üzrə xüsusi iclası lazımi həddə çatmaması üzündən son həftədə beşinci dəfə təxirə düşür.

Dünən Əlavinin nazirlər kabinetinin təşkili üçün sonuncu möhlət idi.

Xəbəri paylaş

VİDEOLAR