Laricani prezidentliyə namizəd kimi qeydiyyatdan keçib

Laricani prezidentliyə namizəd kimi qeydiyyatdan keçib

İranda prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatının ikinci günü Milli Məclisin (parlament) keçmiş sədri və Məşvərət Şurasının (ali məşvərət orqanı) üzvünün qeydiyyatı ilə başlayıb.

Az.rasthaber.com xəbər verir ki, Laricani prezidentliyə namizədlərin qeydə alınması funksiyalarını yerinə yetirən seçki qərargahında ikinci gün işə başlayandan dərhal sonra peyda olub. Sabiq parlament sədri jurnalistlərlə söhbət edib. Laricani çıxış edərək bildirib ki, onun “diplomatiyasının əsas prioriteti sanksiyaların ləğvi məsələsinin həlli olacaq”.

66 yaşlı Laricani 2008-2020-ci illərdə İran parlamentinə rəhbərlik edib. 2005-ci ildə o, artıq ölkə prezidentliyinə namizədliyini irəli sürməyə cəhd etmiş, lakin məğlub olaraq yeddi namizəd arasında altıncı yeri tutmuşdur. Həmin seçkilərdə qələbəni Mahmud Əhmədinejad qazanmışdı.

Xəbəri paylaş

VİDEOLAR