Lapid: "Şabak" rəhbərinin işdən çıxarılmasının səbəbi odur ki...

Lapid:

Sionist rejimin müxalif qanadının rəhbəri Yair Lapid deyib: “Qətərgeyt” deyilən iş və baş nazir Binyamin Netanyahunun məsuliyyətindən yayınması bu rejimin kəşfiyyat və təhlükəsizlik təşkilatı (Şin bet) rəhbərinin vəzifəsindən uzaqlaşdırılmasının əsl səbəbləridir.

Az.rasthaber.com xəbər verir ki, Yair Lapid Netanyahunun kabineti tərəfindən Şin bet rəhbəri Ronin Barın vəzifədən azad edilməsindən sonra sionist rejimin siyasi və məhkəmə böhranı haqqında deyib: Netanyahunun məsuliyyətdən yayınması və “Qətərgeyt” məsələsindən qorxması Şin bet rəhbərinin tələsik və isterik şəkildə işdən çıxarılmasının əsl səbəbi olub.

O vurğuladı: İsrailin hazırkı kabinetinin işini davam etdirdiyi hər gün bu, yeni bir fəlakətə səbəb olacaq və bunun bədəli insan həyatıdır.

Sionist rejim rəhbərləri arasında daxili siyasi qarşıdurmaların və Qəzza zolağına qarşı müharibənin kölgəsində siyasi dairələrdə “Qətərgeyt” kimi tanınan sionist rejimin baş nazirinin ofisi ilə bağlı mübahisəli bir iddia qaldırılıb.

Netanyahunun ofisi ilə Qətər hökuməti arasında “Qətərgeyt” kimi tanınan gizli əlaqə hekayəsi, Şin betin Netanyahunun ofisinin İsrail rejiminin maraqlarına zidd hərəkətlərini tanıması və Qəzza müharibəsi zamanı bu rejimin təhlükəsizliyinə zərər verməsi ilə bağlı bir iş və təhlükəsizlik məsələsidir. Şin bet iddia edir ki, Netanyahunun baş məsləhətçiləri və çevrəsi Qətərin işğal olunmuş ərazilərdəki maraqlarını dəstəkləmək və təmin etmək müqabilində Qətərdən müəyyən pullar alıblar.

Xəbəri paylaş

VİDEOLAR