Lapid: Nüvə Razılaşmasını dayandırmaq üçün əlimizdən gələni edirik

Lapid: Nüvə Razılaşmasını dayandırmaq üçün əlimizdən gələni edirik

İşğalçı sionist İsrail rejiminin baş naziri Yair Lapid ölkəsinin nüvə sazişinin dayandırılması və İrana qarşı sanksiyaların ləğvinin qarşısının alınması üçün uğurlu kampaniya apardığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Lapid, sosial media hesabında verdiyi açıqlamada, bildirib:

"ABŞ-ın ardınca Avropa ölkələri də dünən İranla yaxın vaxtlarda nüvə sazişi imzalamayacaqlarını və Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki açıq araşdırma fayllarının bağlanmayacağını açıqlayıblar".

Bu yaxınlarda İranın nüvə obyektlərindəki fəaliyyətləri ilə bağlı Almaniya, Fransa və İngiltərə ilə ən son kəşfiyyat məlumatlarını paylaşdıqlarını ifadə edən Lapid, "qətiyyətli münasibət" üçün sözügedən Avropa ölkələrinə təşəkkür edib və sözlərini belə davam etdirib:

"İsrail nüvə sazişini dayandırmaq və İrana qarşı sanksiyaların ləğvinin qarşısını almaq üçün uğurlu siyasi kampaniya aparır. Hələ bitməyib, hələ çox var, amma ümidverici əlamətlər var".

Xəbəri paylaş

VİDEOLAR