Lapid: İsrail üçün ən böyük təhlükə İrandır

Lapid: İsrail üçün ən böyük təhlükə İrandır

Sionist rejimin müvəqqəti baş naziri ilk çıxışında İranı İsrail üçün ən böyük təhlükə adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, “Times of Israel” qəzetinin məlumatına görə, sionist rejimin keçid hökumətinin baş naziri Yair Lapid bu vəzifəyə təyin olunduqdan sonra ilk çıxışında İranın sionist işğalçı rejim üçün ən böyük təhlükə olduğunu vurğulayıb.

Sionist rejimin regionda yeganə nüvə arsenalına malik olduğu qəbul edilərkən, Lapid çıxışının bir hissəsində, sionistlərin İranın nüvə proqramı ilə bağlı əsassız iddialarını təkrarlayıb. 

O, İranın nüvə silahına sahib olmasının və işğal olunmuş ərazilərin sərhədlərinə daxil olmasının qarşısını almaq üçün əllərindən gələni edəcəklərini bildirib.

O, bəyan edib ki, İranla qarşı-qarşıya gəlmək İsrailin qarşısında duran əsas vəzifələrdən biridir.

Sionist rejimin baş naziri həmçinin deyib:

"Qəzzadan Tehrana, Livan sahillərindən Suriyaya! Bizi sınamayın. İsrail gücündən hər cür təhdid və düşmənə qarşı istifadə edəcək".

Lapid daha sonra, qanla dolu işğal prosesini görməzlikdən gələrək, İsrailin sülh istədiyini və fələstinlilər də daxil olmaqla bütün Yaxın Şərq xalqına əl uzatdığını iddia edərək gülünc bir çıxış edib.

İşğalçı rejimin müvəqqəti naziri fələstinlilərə müraciətinə davam edərək deyib:

"Artıq buradan getmədiyimizi qəbul etməyin vaxtıdır, ona görə də birlikdə yaşamağı öyrənməliyik". 

 
İcma Tərəfindən Doğrulanmış ikonası
 
 
 
 
 

Xəbəri paylaş

VİDEOLAR