İsrailin baş naziri Yair Lapid “özünü müdafiə edən” İsrail əsgərlərinin heç vaxt mühakimə edilməyəcəyini bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, baş nazir Yair Lapid bunu Hayfa şəhərində hərbi dəniz kursantlarının məzun olma mərasimində çıxışı zamanı deyib.
O, fələstinlilərə qarşı əməliyyatlarda və toqquşmalarda onlara atəş açan İsrail hərbçilərinin özünü müdafiə vəziyyətində olduğunu bildirib.
İsrailin baş naziri bildirib ki, o heç vaxt əsgərlərinin mühakimə edilməsinə imkan verməyəcək.
Qeyd edək ki, mərhum Şirin Əbu-Aqilənin ölümü ilə bağlı İsraildə aparılan araşdırmaya əsasən qadın müxbir İsrail əsgərləri tərəfindən öldürülüb. Lakin İsrail bu barədə hər hansı bir mühakimənin olmasından xəbər vermir.