Lapid: ABŞ artıq İsrailin ən yaxın müttəfiqi deyil

Lapid: ABŞ artıq İsrailin ən yaxın müttəfiqi deyil

Sionist rejimin keçmiş baş naziri xəbərdarlıq edib ki, Netanyahunun kabineti mübahisəli məhkəmə dəyişikliklərini təsdiqləməyə çalışaraq, ABŞ-la münasibətləri korlayır.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimin keçmiş baş naziri Yair Lapid xəbərdarlıq edib ki, Benyamin Netanyahunun rəhbərliyi altında rejim ilə ABŞ arasında münasibətlər o qədər pisləşib ki, Vaşinqton “artıq bizim ən yaxın müttəfiqimiz deyil”.

“The Times of Israel”in məlumatına görə, Lapid bu bəyanatları bazar ertəsi onun rəhbərlik etdiyi müxalifət partiyasının “Yeş Atid” toplantısında deyib.

O, iddia edib ki, Netanyahunun kabineti mübahisəli məhkəmə dəyişikliklərini təsdiqləməyə çalışaraq Amerika ilə ittifaqı məhv edir.

Netanyahu məhkəmə dəyişikliklərinin təsdiqi prosesini davam etdirərək, daxili və xarici siyasət sektorunda geniş etirazlarla ş ait yaradır. ABŞ kimi mühüm müttəfiqlərinin tənqidləri ilə üzləşir.

Xəbəri paylaş

VİDEOLAR