Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənilər Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbəri paylaş

VİDEOLAR