“Əl-Qaidə” terror təşkilatının yeni lideri Saif Əl-Adil olub.
Az.rasthaber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın "1TV" telekanalı BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə"yə qarşı sanksiyalar üzrə komitəsinin hesabatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, o Misir vətəndaşıdır, 62 yaşı var və hazırda İrandadır.
Xatırladaq ki, “Əl-Qaidə”nin sabiq lideri Ayman əz-Zəvahiri hesab olunurdu. ABŞ hökuməti ötən ilin 2 avqustunda onun məhv edildiyini bildirmişdi və qeyd olunmuşdu ki, iyulun 31-də Kabildə pilotsuz uçuş aparatından iki “Hellfire” raketi, içində terror təşkilatının lideri olduğu güman edilən evə atılıb.