Əl-Qaidə terror qruplaşmasının lideri öldürülüb

Əl-Qaidə terror qruplaşmasının lideri öldürülüb

ABŞ prezidenti Co Bayden “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirinin Əfqanıstanda hava hücumu nəticəsində öldürüldüyünü bildirib.

Az.rasthaber.com xəbər verir ki, NTV-nin məlumatına görə, ABŞ prezidenti Co Bayden “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirinin Əfqanıstanda hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

Zəvahirinin ailəsi ilə birlikdə Kabildə gizləndiyinin müəyyən edildiyini bildirən Bayden deyib:

"Bir həftə əvvəl şərtlərin uyğun olduğunu bildirdikdən sonra Zəvahirinin öldürülməsinə icazə verdim. Missiya uğurlu oldu. Ailə üzvlərindən heç kim xəsarət almayıb, mülki əhali arasında itki yoxdur.

Zəvahiri getdi və bir daha Əfqanıstanı terrorçular üçün təhlükəsiz sığınacaq etməyəcək və biz buna əmin olacağıq. Bu terrorçu lider artıq yoxdur".

Zəvahiriyə qarşı əməliyyatla "ədalət"in bərqərar olduğunu qeyd edən Bayden, 11 sentyabr 2001-ci il hücumlarında həyatını itirənlərin ailələrinə yardım edildiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR