Əl-Qaidə “ABŞ tərəfindən öldürülən” liderinin yeni çıxışını yayımlayıb

Əl-Qaidə “ABŞ tərəfindən öldürülən” liderinin yeni çıxışını yayımlayıb

Əl-Qaidə ötən avqust ayında “ABŞ tərəfindən öldürülən” lideri misirli Əymən Zəvahirinin yeni çıxışını yayımlayıb.

Az.rasthaber.com SalamNews-a xəbər verir ki, Əl-Qaidə lideri Əymən Zəvahiri 35 dəqiqəlik bu çıxışda tərəfdarlarını “cihad”a səsləyir.

Bu videonun lentə alma tarixi bildirilməyib və bu da onun “ölümündən” öncəyə aid olması haqda ehtimalları artırır.

Qeyd edək ki, ABŞ ötən avqustun əvvəlində Əymən Zəvahirini Kabildə hava zərbəsində öldürdüyünü bildirsə də, Taliban hərəkatı deyilən yerdə cəsədin tapılmadığını açıqlamışdı.

Daha maraqlı bir məqam budur ki, Əl-Qaidə Zəvahirinin xələfinin adını açıqlamayıb. Ötən avqust ayında terror təşkilatları üzrə mütəxəssislər bu xələfin iki nəfərdən biri olacağını deyiblər. Onlardan birincisi Benladenin silahdaşı misirli Seyful-Ədl ləqəbli Məhəmməd Salah Zeydan, digəri isə “öldürülən” Əymən Zəvahirinin kürəkəni Əbdürrəhman Məğribidir.

Xəbəri paylaş

VİDEOLAR