Əl-Əmiri: Hamımız şəhid Süleymani və əl-Mühəndisiyə borcluyuq

Əl-Əmiri: Hamımız şəhid Süleymani və əl-Mühəndisiyə borcluyuq

İraqın “əl-Fəth” koalisiyasının başçısı Hadi əl-Amiri bildirib ki, “biz şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndisiyə borcluyuq”.

Az.rasthaber.com “Al-Mawazin News”-ə istinadən xəbər verir ki, o, İraq xalqını iranlı general Qasim Süleymani və İraq Xalqı Könüllü Qüvvələrinin (Həşdi Şabinin) başçısının müavini Əbu Mehdi əl-Mühəndisinin şəhid edilmələrinin ildönümü münasibəti ilə keçiriləcək yürüşdə iştirak etməyə səsləyib.

Biz hamımız şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndisiyə borcluyuq və onları şəhid edilməsinin ildönümündə aktiv şəkildə iştirak edərək onların xatirəsini anmalıyıq”, - deyə əl-Amiri qeyd edib.

Qeyd edək ki, şəhid Süleymani və əl-Mühəndisi 2020-ci il 3 yanvar tarixində İraqda ABŞ terroru nəticəsində qətlə yetiriliblər.

Xəbəri paylaş

VİDEOLAR