Əl-Miqdad: Suriya və Fələstin İsrail işğalına məruz qalıb

Əl-Miqdad: Suriya və Fələstin İsrail işğalına məruz qalıb

Suriya və Fələstin Milli Azadlıq Hərəkatının (FƏTH) rəsmiləri Suriya, Fələstin və regiondakı vəziyyəti müzakirə ediblər.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, FƏTH nümayəndə heyəti Fələstin prezidenti Mahmud Abbasın Suriya prezidenti Bəşər Əsədə məktubunu Suriya XİN başçısı Feysal əl-Miqdada çatdırıb.

Suriyalı nazir Suriyanın Fələstin xalqının haqq işinə dəstəyini təsdiq edib. Qeyd edilib ki, Suriya və Fələstin İsrail rejiminin işğal və təcavüzünə, müntəzəm şəkildə beynəlxalq qanunların pozulmasına məruz qalır.

Əl-Miqdad bildirib ki, Fələstin xalqının rifahı naminə Fələstin fraksiyaları birləşməli və dialoq başlatmalıdır.

O, İsrailin Fələstin xalqına qarşı cinayətlərini, həmçinin qeyri-qanuni yəhudi qəsələbi tikmək və torpaqların ilhaqı planlarını da pisləyib.

Suriya XİN başçısı deyib ki, İsrail rejiminin işğal altında saxladığı Qolanın sakinlərinə və Fələstin xalqına qarşı hərəkətləri hərbi cinayətdir və bəşəriyyətə qarşı cinayətdir və bu, beynəlxalq qətnamələrə ziddir.

Fələstinli rəsmi də öz növbəsində bildirib ki, Fələstin rəhbərliyi suveren Fələstin dövlətinin yaradılması məsələsində prinsipial mövqeyə sahibdir və fələstinli qaçqınların geri dönərək işğala qarşı istənilən vasitələrlə mübarizə aparmaq haqqı var.

Fələstinli rəsmi Suriya rəhbərliyi və xalqını terrorçuluqla mübarizədəki qələbələr münasibəti ilə təbrik edib və Suriyaya qarşı birtərəfli şəkildə tətbiq edilmiş sanksiyaların ləğvinə dair çağırış edib.

Xəbəri paylaş

VİDEOLAR