Əl Kazimi rəsmən İraqın baş naziri oldu

Əl Kazimi rəsmən İraqın baş naziri oldu

Kazimi İraq parlamentinin əksəriyyət səsini qazanaraq, rəsmən bu ölkənin baş naziri kimi öz işinə başlayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraq parlamenti dünən yerli vaxtla saat 21-ə təyin edilən, lakin fraksiyalar arasındakı ixtilaflara görə, saat 24-ə təxirə salınan qalmaqallı iclasda Mustəfa Əl Kaziminin nazirlər kabinetinin bəzi üzvlərinə etimad səsi verib.

 İclasda parlamentin 329 üzvündən 233-ü iştirak edib.

Nuri Malikinin "Qanun hökuməti" fraksiyasının üzvləri istisna olmaqla iclasda iştirak edən deputatlar ümumilikdə təklif olunmuş 21 nazirdən 15-nə etimad səsi verib və təklif olunan 4 nazirin namizədliyini qəbul etməyiblər.

Bu iclasda neft və xarici işlər nazirləri barədə qərarçıxarma, təklif edilən nazirlər üstündə ixtilafların olmasına görə, başqa bir zamana saxlanılıb.

Mustəfa Əl Kazimi dünən gecə keçirilən iclasın son saatında bəzi fraksiyaların tələbinə əsasən, bəzi nazirliklərə təklif etdiyi nazirləri dəyişməyə məcbur olub.

Kazimi hökuməti Adil Ədbulməhdinin işlərin irəlilədilməsi hökumətinin yerini tutacaq. Ədbulməhdinin hökuməti ötən il noyabrın 29-da öz istefasını təqdim etmişdi.

Xəbəri paylaş

VİDEOLAR