Əl-Kazımi: Koalisiya qoşunları İraqı tərk edib

Əl-Kazımi: Koalisiya qoşunları İraqı tərk edib

İraq Baş naziri Mustafa əl-Kazımi beynəlxalq koalisiyanın döyüş dəstələrinin ölkəni tərk etməsi prosesinin başa çatdığını elan edib.

"Koalisiyanın döyüş əməliyyatları və onun bütün qoşun və döyüş texnikasının İraq hüdudlarından kənara çıxarılması prosesi başa çatdı", - deyə o qeyd edib.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Əl-Kazıminin sözlərinə görə, İraq-ABŞ strateji dialoqunun nəticələrinə əsasən, "onun rolu artıq məsləhətlər və dəstəklə məhdudlaşıb".

İraqlı baş nazir bildirib ki, İraq ordusu əhalini İŞİD terrorçularının təhdid və təhlükələrindən müdafiə etməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR