Yəmən Ali Siyasi Şurasının üzvü ABŞ-ın Yəmənə qarşı son hücumlarına reaksiya verərək vurğulayıb ki, Yəmən xalqı qətiyyən, Amerikanın hücumları, təcavüzü və terrorizmindən qorxmur.
Az.rasthaber.comxəbər verir ki, Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd əl-Husi deyib: “Yəmən xalqı qətiyyən Amerikanın hücumlarından, təcavüzündən, zorakılığından və terrorizmindən qorxmur və bu xalq Allahdan başqa heç kimdən qorxmur.”
Məhəmməd əl-Husi fələstinlilərə müraciət edərək deyib: “Biz həmişə sizinləyik və sizi heç vaxt tək qoymayacağıq.”
Əl-Husi həmçinin ABŞ prezidenti Donald Trampa səslənərək deyib: “Sən heç vaxt bizi qorxuda bilməzsən.”
“Gücünüzlə nə qədər fəxr etsəniz də, biz heç kimin qarşısında diz çökmürük, heç vaxt qorxmuruq və geri çəkilməyəcəyik” - deyə, o, əlavə edib.