Əl-Husi: İranı "düşmən", İsraili ''dost'' kimi göstərmək istəyirlər

Əl-Husi: İranı

Yəmənin "Ənsarullah" hərəkatının lideri Əbdülməlik əl-Husi İsrail rejimi ilə sazişlər imzalayan bəzi ərəb ölkələrinin mövqeyini tənqid edib.

"Hazırda Fələstinin haqqını inkar edən və düşmən İsrail ilə normallaşma və ittifaq yolunu tutan mövqe var", - deyə o bildirib.

Az.rasthaber.com xəbər verir ki, bəzilərinin sionist rejimə don geyindirərək dost kimi tanıtdırmağa çalışdığını deyən əl-Husi qeyd edib ki, "sionist rejimlə müttəfiq olmaq istəyənlər müqavimət müsbət yanaşmır".

"Müxalifə media Fələstin xalqının imicini korlamağa və müqavimətçilərin Fələstin xalqının yox, İranın mənafeyini güddüyünü iddia edir. Kukla rejimlər Fələstinin xalqının gücünü kiçildib işğalçı İsrail rejimini tərifləməyə çalışır", - deyə "Ənsarullah" lideri bəyan edib.

Düşmənə baş əyən rejimlərin Livanda "Hizbullah"-a qarşı genişmiqyaslı müharibə başlatdığını bildirən əl-Husi əlavə edib:

"Hizbullah Hərəkatı İslam ümmətinə böyük zəfərlər gətirib və sionist rejimə qarşı müharibədə İslam ümmətinin etibarını qoyurub saxladı. Kukla dövlətlər də Suriya, İrak, İran, məsum Bəhreyn millətinə və Yəmənə qarşı hərəkət etməkdədir. Bu rejimlər İslam ümmətinin düşmənləri ilə açıq bir ittifaq içərisindədirlər".

Əbdülməlik əl-Husi ABŞ və İsrail rejimlərinin iranofobiya layihəsindən alət kimi istifadə etdiyini deyərək, "amerikalılar və sionistlər İranı ərəblərin və müsəlmanların düşməni, İsraili də dost kimi tanıtmağa çalışırlar. Onlar üsyanların olmaması üçün müsəlman ümmətinin böhran və qeyri-sabitlik şəraitində qalmasını istəyirlər".

Xəbəri paylaş

VİDEOLAR