Küveytli idmançı Fələstin üçün sionist rəqibi ilə qarşılaşmaqdan imtina etdi

Küveytli idmançı Fələstin üçün sionist rəqibi ilə qarşılaşmaqdan imtina etdi

Küveytli idmançı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçiriləcək idman yarışmasında işğalçı sionist rejimi təmsil edən rəqibi ilə qarşılaşmaqdan imtina edib.

Az.rasthaber.com xəbər verir ki, idmançı Əbdürrəzzaq əl-Bağili sosial mediada yayımlanan bir videosunda sionist İsrail rejimini təmsil edən bir yarışmaçı ilə qarşı-qarşıya gəlməyi rədd etdiyi üçün yarışdan ayrıldığını bildirib:

Küveytlilər olaraq hər zaman Fələstinin yanındayıq və sona qədər də yanında olacağıq”.

Küveytdə “Sionizmlə Normallaşma ilə Mübarizə Təşkilatının Ali Komitəsi”nin üzvü Tariq əş-Şayi idmançı əl-Bağilinin yarışmadan çıxmasının tarixə qızıl hərflərlə yazılmalı olan bir hərəkət olduğunu bildirib.

Qeyd edək ki, Əş-Şayi “Qüds Press” xəbər agentliyinə verdiyi açıqlamada küveytli yarışmaçıların hər yerdə Fələstinin mövcudluğunun daimliyinin, sionistlərin isə yox olacağının mesajını verdiklərini bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR