Küveytdə parlament rəsmən buraxılıb.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Küveytin vəliəhd şahzadəsi Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah fərman imzalayıb.
Ölkədə 2 ay ərzində növbədənkənar ümumi seçkilərin keçiriləcəyi elan edilib.
Küveytdə hökumət və parlament arasında onilliklər ərzində yaranan narazılıqlar tez-tez kabinet dəyişikliyinə və qanunverici orqanın buraxılmasına səbəb olub. Parlament sonuncu dəfə 2016-cı ildə buraxılıb.