Küveytin əl-Əhmədi liman şəhərində yerləşən neft emalı zavodunda (NEZ) yanğın baş verib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Küveytin Milli Neft Şirkəti məlumat verib.
İnsident nəticəsində 2 işçi həyatını itirib. Həmçinin 10 nəfər də xəsarət alıb; onlardan 5-nin vəziyyəti kritikdir.
Qeyd edilib ki, yanğın qazı mayeləşdirilməsi qurğularından birində texniki işlər aparılan zaman baş verib.