Bu il Küveyti neft və qaz ixracatı 2014-cü il maksimumunun təxminən yarısınadək düşəcək.
Rasthaber xəbər verir ki, iri neft ehtiyatlarına sahib Küveyt qiymətlərin düşməsinə görə çətin vəziyyətə düşüb.
Bu il Küveyti neft və qaz ixracatı 2014-cü il maksimumunun təxminən yarısınadək düşəcək. Hökumət, demək olar ki, öz likvid aktivlərini sərf edib qurtarıb ki, bu, ölkənin büdcə kəsrini örtmək qabiliyyətini aradan aparır. Kəsirin təxminən 46 milyard dollara çatacağı gözlənilir.
Bundan başqa, parlament və hökumət arasındakı mübarizə də Küveytdəki vəziyyəti pisləşdirir. Qanuvericilər hökumətin dövlət subsidiyalarının yenidən bölüşdürülməsi və dövlət borcunun buraxılışı planlarını pozub.
Tarixi düşüşdən sonra OPEK karbohidrogen qiymətlərini bərpa etsə də, bir barel üçün 40 dollar hələ də aşağı göstəricidir. Koronavirus pandemiyası və yenilənən enerji mənbələrinə keçid bu enerji resurslarını ucuzluq təhlükəsi ilə üzləşdirib.
Küveyt hələ də 90% neft gəlirlərindən asılıdır.